21 Fevral, 2011
CORC SOROS İRAN İNQİLABINA PUL AYIRDI

Corc Soros: "Düşünürəm ki, İranda bu il çevriliş olacaq"."

“İranda bu il çevriliş olacaq". Bunu "Açıq cəmiyyət" institutun yaradıcısı, dünyaca məşhur milyarder Corc Soros "CNN" kanalına verdiyi müsahibədə İrandakı aksiyalara münasibət bildirərkən söyləyib. Corc Soros bu il ölkədə çevriliş olacağını deyib: "Ola bilər ki, saxta istintaq zamanı İrandakı müxalif liderlər barədə ölüm cəzası çıxsın və bu da sonda onların ölümü ilə nəticələnsin. Amma bütün bunlara baxmayaraq, mən belə düşünürəm ki, İranda bu il çevriliş olacaq". 
Bu açıqlamanı şərh edən xarici ekspertlər Corc Sorosun İran inqilabına pul ayırdığı qnaətindədirlər. Ekspertler hesab edirlər ki, məhz buna görə o İranda çevriliş olacağını əminliklə söyləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!