17 Dekabr, 2013
2014-cü ilin bayram günləri açıqlandı - SİYAHI

Martın 20-24-ü Novruz bayramı, 28, 29 iyul Ramazan bayramı, 4, 5 oktyabr Qurban bayramıdır. Bu günlər qeyri iş günü hesab olunur

Nazirlər Kabineti 2014-cü Novruz, Ramazan, Qurban bayramları haqqında qərarını açıqlayıb.
Simsar.az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alıb ki, 2014-cü ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 28, 29 iyul Ramazan bayramı, 4, 5 oktyabr Qurban bayramıdır.
Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!