21 Fevral, 2011
Ronaldo idman agentliyi açır

Ötən həftə futbolçu karyerasını başa vurmuş Ronaldo idman agentliyi təsis etmək niyyətindədir.

Simsar.az-ın Braziliya mətbuatına istinadən verdiyi məlumata görə, agentlik “9ine Sports & Entertainment” adlanacaq. 

34 yaşlı dünya çempionu və onun agentinin biznes payı 45 faiz təşkil edəcək. Şirkətin baş ofisi San-Paulu şəhərində olacaq.

Qeyd edək ki, Ronaldo 3 dəfə (1996, 1997, 2002) FİFA versiyasında dünyanın ən yaxşı futbolçusu, 2 dəfə (1994, 2002) Braziliya millisinin heyətində dünya çempionu olub. “Yekədiş” dünya çempionatlarının final mərhələlərində 15 qol vurub ki, bu da mütləq rekord sayılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!