21 Fevral, 2011
NATO baş katibinin xüsusi nümayəndəsi iyun ayında Azərbaycana gələcək

NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay iyun ayında Azərbaycana səfər etməyi planlaşdırır.

Bu barədə APA-ya C. Appaturayın ofisindən məlumat verilib. 

Ofisdən bildiriblər ki, əvvəlcə Azərbaycana səfər martda nəzərdə tutulurdu, lakin səfər Novruz bayramı ilə üst-üstə düşdüyündən təxirə salınıb. C. Appaturay martın sonlarında Gürcüstana səfər etsə də, Azərbaycana gəlməyəcək. O, NATO-nun Tiflisdə keçirəcəyi konfransa qatılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!