21 Fevral, 2011
Eldar Qasımov Polşaya gedir

Fevralın 26-da Polşanın paytaxtı Varşavada cüdo üzrə kişilər arasında Dünya Kuboku start götürəcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yarışda ölkəmiz 11 idmançı ilə təmsil olunacaq. 

Yığmamızın məşqçiləri Hacıağa Hacıəhmədov və Tərlan Həsənov Vüqar Şirinli, Asim Xələfov (hər ikisi 60 kq), Bəhram Zərbiyev, Asim Qocayev (hər ikisi 66 kq), Eldar Qasımov (73 kq), Elxan Rəcəbli (81 kq), Sain Məmmədov (100 kq) və ötən həftəsonu Almaniyanın Düsseldorf şəhərindəki “Qran Pri”də çıxış etmiş 4 cüdoçumuz – İlqar Müşkiyev (60 kq), Rinat Mirzəliyev (73 kq), Ramin Qurbanov (90 kq) və Emil Tahirova (+100 kq) şans verəcək.

Dünya Kuboku iki gün davam edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!