21 Fevral, 2011
Atəşkəsin pozulması nəticəsində daha bir əsgərimiz yaralanıb

Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri yaralanıb.

Hadisə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında qeydə alınıb. Atəşkəs rejiminin ermənilər tərəfindən pozulması nəticəsində Cəlilabad rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1992-ci il təvəllüdlü Hikmət Ağa oğlu Rzazadə ağır yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!