21 Fevral, 2011
Deputat səhiyyə nazirini döydü

Tanınmamış Cənubi Osetiya Respublikasının yuxarı eşolonunda ciddi insident baş verib.

Simsar.Az   «Kommersant»a istinadən verdiyi məlumata görə, qondarma qurumun «parlament»inin üzvü Bala Betautı «səhiyyə naziri» Otar Qassiyevi döyüb. Məlumata görə, hadisə Sxinvali küçələrindən birində baş verib. Deputatdan sifətinə bir neçə yumruq zərbəsi alan nazir huşunu itirib. Nəticədə o, reanimasiyaya yerləşdirilib.
İnsidentlə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.
Bəzi məlumatlara görə, insidentə səbəb Qassiyevin deputatın xanımını işdən çıxarmasıdır. Qadın qondarma respublikanın səhiyyə nazirinin müavini imiş.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!