21 Fevral, 2011
Prezident zavodun açılışında iştirak edib

Zavod Abşeron rayonu ərazisindədir

Məlumatı AzərTAc dövlət agentliyi yayıb. Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni basıb, istehsal prosesini izləyib, zavodun fəaliyyətindən bəhs edən filmə baxıb.

Dövlət başçısına məlumat verilib ki, indiyədək dünyanın müxtəlif ölkələrindən idxal edilən MDF - mebel materialları artıq Azərbaycanda ən yüksək keyfiyyətlə istehsal olunacaq. Bildirilib ki, 2006-cı ildə özəl investisiyalar əsasında yaradılmış AZMDF şirkətinin inşa etdirdiyi zavodda müasir texnika və avadanlıq quraşdırılıb. Bu avadanlıq Almaniyanın “Siemens” və Yaponiyanın “Mitsubishi” şirkətlərinin idarəetmə proqramları ilə təmin olunub. Zavodda 500 nəfər işçinin çalışacağı nəzərdə tutulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!