21 Fevral, 2011
Hərbçilərin qətli barədə ziddiyyətli xəbərlər

Ölənlərin 7 deyil, 8 olduğu bildirilir

Fevralın 20-si səhər 09:00 radələrində Müdafiə Nazirliyi hərbi hissələrinin birində ölümlə nəticələnən ağır cinayət hadisəsi barədə müxtəlif xəbərlər verilir. 
Milaz.info saytının məlumatına görə, faciə Bərdə və Şəmkir hərbi birləşmələrində baş verib. Şəxsi münasibətlər zəminində yaşanan atışma zamanı 8 əsgərimiz qətlə yetirilib.

Hadisə baş verən hərbi hissənin komandiri mayor Əbil Əbilovdur.
Gəncə Hərbi Prokurorluğundan isə Milli.Az xəbər portalına dəhşətli hadisənin Göygöl rayonu ərazisində baş verdiyi deyilib. Və ölənlərinin sayının 7 hərbçi olduğu bildirilib.

Trend.az saytının yaydığı xəbərə görə, atəş açan hərbçi özünü öldürüb.



Hazırda prokurorluq orqanlarının əməkdaşları hadisənin başvermə səbəbini araşdırır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!