21 Fevral, 2011
Ucar rayon prokurorunun köməkçisi iş otağında öldü

Fevralın 21-də Ucar rayon prokurorunun köməkçisi Bayramov Ələsgər Rəşid oğlu iş otağında vəfat edib.

Ə.Bayramov səhər tezdən işə gəlib və az sonra otağında infarkt keçirib. Onu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.


Ə.Bayramov dəfn olunmaq üçün doğulub boya-başa çatdığı doğma Beyləqan rayonuna aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!