21 Fevral, 2011
ŞOK ŞOK ŞOK ORDUDA DƏHŞƏT

Faktla bağlı cinayət işi qaldırılıb

Fevralın 20-də saat 09.40 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrinin birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib. 


Bu barədə Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun birgə məlumatında bildirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, hər iki qurumun əməkdaşları birgə təhqiqat aparmaq üçün hadisə yerinə ezam olunublar. Cinayət işi qaldırılıb, istintaq araşdırmasının nəticəsinə uyğun olaraq əlavə məlumat veriləcək.




Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Quliyev Naib Fəxrəddin oğlu (Beyləqan rayon Hərbi Komissarlığından (RHK) 2010-cu ilin aprelində hərbi xidmətə çağırılıb), 1991-ci il təvəllüdlü Cavadzadə Cavid Vəkil oğlu (Mingəçevir RHK-dan 2010-cu ilin yanvarında hərbi xidmətə çağırılıb), 1991-ci il təvəllüdlü Suanverdiyev Nurlan Radfel oğlu (Ağdam RHK-dan 2010-cu ilin aprelində hərbi xidmətə çağırılıb), 1992-ci il təvəllüdlü Xocberov Ramazan Abdulla oğlu (Balakən RHK-dan 2010-cu ilin aprelində hərbi xidmətə çağırılıb), 1991-ci il təvəllüdlü Kərimov Əfqan Yaşar oğlu (Balakən RHK-dan 2010-cu ilin oktyabrında hərbi xidmətə çağırılıb), 1992-ci il təvəllüdlü Hüseynov Əhməd Əhmədalı oğlu (Ağcabədi RHK-dan 2010-cu ilin yanvarında hərbi xidmətə çağırılıb), 1991-ci il təvəllüdlü Quliyev Zakir Etibar oğlu (Yasamal RHK-dan 2010-cu ilin yanvarında hərbi xidmətə çağırılıb) dünyalarını dəyişiblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!