13 Dekabr, 2013
Radio kanallar da rəqəmsal yayıma keçir

“Radioların yayım vəziyyəti bizi qane etmir”

Bunu Simsar.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının  (MTRŞ) sədr müavini Qafar Cəbiyev deyib. O, bildirib ki, Gəncədə fəaliyyət göstərən “Kəpəz” radiosu respublika yayımçısıdır. “ “Kəpəz” radiosu istisna olmaqla, fəaliyyət göstərən digər radiolarda bu imkan yoxdur. Bakıdan bir az uzaqlaşan kimi, radioların dalğası itir”.

Q. Cəbiyevin sözlərinə görə, bu gün təkcə telekanalların yox, radioların da rəqəmsal yayıma keçirilməsi gündəmdədir. Yaxın vaxtlarda radio kanallarının da rəqəmsal yayıma keçirilməsi məsələsi müzakirə ediləcək.

MTRŞ rəsmisi onu da bildirib ki, son dövrlər radio dinləyicilərinin sayında artım var.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!