21 Fevral, 2011
Müəmmər Qəddafi, ehtimal ki, Liviyanı tərk edib - səfir

Liviyanın başçısı Müəmmər Qəddafi, ehtimal ki, ölkəsini tərk edərək Venesuelaya yola düşüb.

Bunu Liviyanın Çindəki səfiri Hüseyn Sadiq əl-Müsrəti Qətərın "Əl-Cəzirə" telekanalının yayımında deyib.

Əl-Müsrəti həmçinin bəyan edib ki, Qəddafinin oğulları arasında atışma baş verib. Səfir canlı yayımda istefa verib.

"Əl-Cəzirə" bu iddiaların təsdiqinə malik deyil.

Liviyanın əyalətlərində fevralın 15-dən başlayaraq Qəddafi və digər yüksəkvəzifəli məmurların istefası tələbilə etiraz aksiyaları davam edir. Associated Press agentliyinin məlumatına görə, polis tərəfindən ən azı 200 etirazçı öldürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!