21 Fevral, 2011
Körpə uşaqları 15 metrdən tullayırlar

Hindistanın qərbində yüzlərlə körpəni bir məscidin başından yerdəki insanların tutduğu çarşafa atıblar.

“İhlas” xəbər agentliyinin yaydığı məlumata görə, körpələrin 15 metr yüksəklikdən atılmasının səbəbi onların pul və sağlamlıq gətirəcəyinə inanılmasıdır.

Minlərlə adam bu qeyri-adi prosesə tamaşa edir. Çoxu 2 yaşından kiçik olan körpələr əvvəl əllərindən və ayaqlarından tutularaq yellənilir və sonra aşağı tullanılır.

Hindilərin və müsəlmanların qatıldığı bu ritualın 700 illik bir keçmişi var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!