21 Fevral, 2011
Rəis: “Avtomobillərin gömrük rəsmiləşdirilməsində əlavə rüsum tələb olunmur”

“Əhalinin nəzərinə çatdırıram ki...”

“Xaricdən Azərbaycana gətirilən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsində heç kəsdən əlavə rüsum tələb olunmur”.

Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisi Mirqasım Vahabov ANS-ə bildirib ki, hər bir vətəndaş Komitənin internet saytına girməklə rüsum və vergiləri özü hesablaya bilər: “Bizim əsas məqsədimiz odur ki, insanlar normal gömrükdən keçsinlər, avtomobilləri üzrə dəqiq rüsumlar alsınlar.

Biz buna çalışırıq və bizim yerli idarələrə də məlmat verilib ki, cənab prezidentin tapşırığına əməl etsinlər. Digər tərəfdən əhalinin nəzərinə çatdırıram ki, onlar bizim Komitənin yenilənmiş saytından istifadə etmək, eyni zamanda 192 saylı telefona müraciət etmklə də hər bir məlumatı ala bilərlər. Lazımi düymələri basmaqla onları almaq olar”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!