21 Fevral, 2011
Türkiyə öz vətəndaşlarını Liviyadan çıxarır

Liviyada baş verən qarışıqlığa görə, Türkiyə öz vətəndaşlarını bu ölkədən çıxarır.

Bunun üçün ayrılmış xüsusi reys 80 nəfər Türkiyə vətəndaşını öz vətəninə qaytarıb. Liviyadan geri qayıtmış Türkiyə vətəndaşlarının sözlərinə görə, bu ölkədə vəziyyət təmamilə nəzarətdən çıxıb.

Simsar.az-ın TRT-yə istinadən yaydığı xəbərə görə, türklər Liviyada nümayişçilərin cümə namazından sonra polis və hərbi bölmələrə hücum etdikləri barədə məlumat veriblər. Bununla belə, türklərə məxsus tikinti və başqa obyektlər də hücuma məruz qalıb.

Türkiyə vətəndaşlarının bildirdiklərinə görə, Liviya aeroportunda geri qayıdanlardan daha çox türk Liviyanı tərk etmək üçün təyyarə gözləyir.

Xəbər verilir ki, Benqazi şəhərindən türklərin evakuasiyası üçün daha iki avialaynerin ayrılması planlaşdırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!