21 Fevral, 2011
"Azərsat" 2012-ci ilin sonlarında orbitə çıxarılacaq

İltimas Məmmədov: "Milli peykin istehsalı ilə bağlı işlər qrafikə uyğun davam edir".

Simsar.az xəbər portalı ANS TV-yə istinadən bildirir ki, Azərbaycanın milli peykinin istehsalı ilə bağlı işlər qrafikə uyğun davam edir. Hazırda peykin detalları istehsal olunur. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, işlər qaydasında getsə, peyk gələn ilin sonlarında orbitə çıxarılacaq.

“Müəyyən hissələr var ki, onun sifarişi hətta müqavilə bağlanarkən verilir. Digər hissələr zamanla bağlı hazırlanır. Məhz ona görə, 24 ay peykin hazırlanmasına vaxt lazımdır. Hər gün, hətta biz danışdığımız vaxtda da nəsə hazırlanır. Təbii ki, bizim nümayəndələrin nəzarəti altında. Bizim məsləhətçi və ekspertlərin nəzarəti altında bu proses davam edir. Nə problem, nə suallar varsa, hazırda araşdırılır. Bütün işlər hələlik proqrama uyğun gedir. 2012-ci ilin sonuncu rübündə Azərbaycanın telekommunikasiya peykinin orbitə qaldırımasının problem olmayacağını hələlik deyə bilirik. İnşallah, vaxtında qalxmış olacaq”, - deyə İltimas Məmmədov vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!