11 Dekabr, 2013
Türkdilli ölkələrin iqtisadçı alimlərinin forumu keçiriləcək

Azərbaycanda “Türk¬dilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Fo¬ru¬mu”¬¬¬ ke¬çiril¬əcək. Simsar.az xəbər verir ki, bu barədə qərar bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında qəbul edilib. Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, XXI əsrin əvvəlində dünyada baş vermiş iqtisadi böhran başa çatsa da, baş verı biləcək böhranların qarşısının alınması istiqamətində səylərin birləşdirilməsi zəruridir. Bu tip təşəbbüslərin türkdilli dövlətlər arasında həyata keçirilməsi imkanları forumda müzakirə ediləcək.
Daha sonra Akademiyanın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdulla Prezident İlham Əliyevin avqust ayında Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zir¬və Toplantısınındakı çıxışını xatırladıb. O, ölkə başçısının türkdilli dövlətlər arasında iqtisadi əmək¬daşlığın genişləndirilməsinə verdiyi önəmdən bəhs edib. “İlham Əliyevin çağırışı “Türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Forumu”nun ke¬çirilməsi üçün zəmin yaradıb. Forumun təşkilində məqsəd türkdilli ölkələrdə baş verən sosial-iqtisadi proseslərin təhlili, türksoylu iq¬¬tisadçı alimlərin qarşılıqlı elmi mübadilələrinin təmin edilməsi, elmi-strateji araş¬dır¬malara təkan verilməsi, həmçinin bu istiqamətlərdə konkret təklif və tövsiyələrin irəli sürülməsidir”.
K.Abdullanın sözlərinə görə, forumun ilk dəfə Azərbaycanda təşkili ölkəmizin dünyada nüfuzunun yüksəlməsinə və elmi əlaqələrin genişlənməsinə əhəmiy¬yət¬li təsir göstərəcək.
Qeyd edək ki, forumun 2014-cü ilin iyun ayında keçiriləcəyi nəzərdə tutulur.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!