20 Fevral, 2011
Fərəc Quliyev təşkilatını gücləndirir

Milli Dirçəliş Hərəkatı təşkilatlanma yönündə fəaliyyətini davam etdirir.

Bu barədə “Simsar.az”-a hərəkatın mətbuat katibliyindən verilən xəbərdə belə deyilir. Daxil olan məlumatda bildirilir ki, MDH-nin Bakı və Abşeron kəndlər birliyi departamenti fevral ayının 20-də öz konfransını keçirməyi planlaşdırır. Konfransda təşkilati məsələlərin müzakirə olunması nəzərdə tutulub. O da bildirilir ki, konfransda MDH sədri, millət vəkili Fərəc Quliyev də iştirak edəcək.

Konfrans 20 fevral 2011-ci ildə saat 11.00-da keçiriləcək.
Ünvan: Şərifzadə küçəsi, “AYSUNAY” şadlıq sarayı. ( “Yasamal bazarı” ilə üzbəüz. )
KİV nümayəndələri dəvətlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!