19 Fevral, 2011
Müsavat Partiyasının yaradılmasının 100 illiyinə həsr olunan tədbir keçirilib

Bu gün Bakıda Müsavat Partiyasının yaranmasının 100 illiyinə həsr olunan tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan Müsavat başqanı İsa Qəmbər 2011-ci ilin “Müsavat ili” elan olunduğunu xatırladıb: “Bu gün əslində adi günlərindən biridir. Lakin biz bu tarixdə partiyanın yaradılmasının yüz illiyini qeyd etməklə cəmiyyətə bir mesaj göndəririk. İlin bütün günləri partiyanın yaranma günü kimi qeyd oluna bilər. Müsavat Azərbaycana bayraq, himn, gerb kimi müqəddəs atributları verməklə yanaşı, demokratik bir ideyanın yaranmasında da böyük rol oynayıb. Bizim partiya hər zaman digər partiyalarla, təşkilatlara müttəfiq olub, heç vaxt tək fəaliyyət göstərməyib”.

Daha sonra tədbirdə partiyanın yaradılmasına həsr olunan videosüjet nümayiş olunub. Tədbirdə Müsavat irsini araşdıran alim Nəsiman Yaqublu, tarixçi Cəmil Həsənli partiyanın tarixindən danışıblar. AXCP sədri Əli Kərimli və AXP lideri Pənah Hüseyn partiyanın yaranması münasibəti ilə tədbir iştirakçılarını təbrik ediblər. Onlar Müsavat Partiyasının yubileyinin dövlət səviyyəsində qeyd olunmasının vacibliyini vurğulayıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!