10 Dekabr, 2013
Ananın üçgünlük körpəsi ilə şok davranışı - VİDEO

Dünən Türkiyədə Zeytinburnunda şübhəli bağlamanın içindən üçgünlük körpənin çıxması barədə məlumat vermişdik.Bu gün Türkiyə mediasından əldə etdiyi xəbərə görə, həmin körpənin anası tərəfindən küçəyə atıldığı anların video görüntüsü yayılıb. Məlum olub ki, qadın hadisə yerinə bir kişi ilə gəlib. Kadrlardan görünür ki, kişi kənarda dayanıb onu gözləyir. Ana isə uşağı "Panorama 1453 Müzesi" qarşısına qoyub sonra kişinin yanına qayıdır və onlar birlikdə hadisə yerindən uzaqlaşırlar.

Qeyd edək ki, donmaq üzrə olan körpənin həyatını həkimlər xilas edib. Xəstəxanada ona Aişə adı veriblər. Körpə hazırda uşaq evindədir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!