19 Fevral, 2011
Liviyada qanunu toqquşmaların 4-cü günü

Toqquşmalarda ölənlərin sayı 84-ə çatıb

Artıq 4-cü gündür, Liviyada keçirilən nümayişlərdə müxalifətçilərlə polis arasındakı toqquşmada 84 nəfər ölüb. Lent.az-ın məlumatına görə, bu barədə “Human Rights Watch” hüquq-müdafiə təşkilatından açıqlama verilib. 


Təşkilat bu xəbəri xəstəxana əməkdaşları və şahidlərə istinadən yayıb. Media və internetə isə məhdudiyyətlər qoyulub. “Facebook” və “Twitter” kimi sosial şəbəkə saytları dəfələrlə qapadılıb. “Əl-Cəzirə” telekanalının saytına giriş əngəllənib. Hətta Liviya hökumətinin saytı da işləmir. Ona görə də dəqiq rəqəmlər əldə etmək mümkün olmayıb.


Daha çox insan Benqazi və Əl-Cala şəhərlərində öldürülüb. Bu şəhərlərdə ən azı 35 nəfər dünyasını dəyişib. Qarşıdurmalar Əl-Bayda, Əcəbiyyə, Zaviyyə və Darnaxda da olub. Liviyanın hökumət KİV-i Darnaxda nümayişçilərin 2 polisi asdıqlarını xəbər verib. Paytaxt Tripolidə isə vəziyyətin sabit olduğu bildirilir.


Qeyd edək ki, aksiyaçılar ölkəni artıq 42 ildir, idarə edən Müəmmar Qəddafinin istefasını tələb edirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!