9 Dekabr, 2013
Dünyanın ən təhlükəli tualeti - FOTO

Sibirin Altay dağlarında 1939-cu ildə meteorologiya stansiyası yanında düzəldilən taxta tualet, 2 min 600 metr yüksəklikdədir. Simsar.az-ın Rus İnterfaks xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Kara Tyurek adlı meteorologiya stansiyası yanında hazırlanan tualet “dünyanın ən təhlükəli tualeti” olaraq tanınıb.

Rus mətbuatına görə, arxası uçurum və qayalıq olan tualetə girmək həyat üçün risk tələb edir. Nəqliyyatın olmadığı meteorologiya stansiyasına lazımlı vəsaitlər vertolyotla gətirilir.

Turanə İbrahimi

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!