19 Fevral, 2011
Rusiyanın qızıl ehtiyatları 2 mlrd. dollar ucuzlaşıb

Rusiyanın qızıl ehtiyatların həcmi 2011-ci ilin fevralın 1-nə 25,4 mln. unsiya təşkil edib (1 unsiya 31,1 qrama bərabərdir).

“APA-ECONOMICS”in məlumatına görə, bu həcmin dəyəri yanvar ayı ərzində 35,79 mlrd. dollardan 33,39 mlrd. dollaradək azalıb. Bunun əsas səbəbi kimi qızılın dünya bazarlarında yanvar ayında ucuzlaşması olub. Qeyd edək ki, yanvar ayında qızılın bir unsiyasının qiyməti 1 416 dollardan 1 334 dollaradək ucuzlaşıb.


Ümumilikdə, Rusiyanın beynəlxalq ehtiyatların yanvar ayında 1% artaraq fevralın 1-nə 484,2 mlırd. Dollar təşkil edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!