9 Dekabr, 2013
RİTN-dən yeni elektron xidmət

Bundan sonra “AzDataCom” internet xidmətinə qoşulmaq üçün elektron sifariş verilə bilər.

Bu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) növbəti elektron xidməti istifadəçilərin ixtiyarına verməsi nəticəsində mümkünləşib.

Məlumat Hesablama Mərkəzindən Simsar.az-a verilən məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “AzDataCom internet xidmətinə qoşulma üçün sifariş” adlı elektron xidməti “Elektron Hökumət” (www.e-gov.az) portalına inteqrasiya edilib.

Bu xidmət vasitəsilə vətəndaş Xidmətdən yararlanmaq üçün istifadəçi “Elektron Hökumət” portalına giriş etdikdən sonra RİTN-in sözügedən elektron xidmətinə daxil olmalıdır.

Daha sonra telefon nömrəsini tələb olunan xanaya yazaraq açılan səhifədə xidmət növünü (kb/s) seçməklə “AzDataCom” internet xidmətinə qoşulmaq üçün sifariş verə biləcək. Qeyd edək ki, sifariş qəbul edildikdən sonra istifadəçi ilə telefon vasitəsilə əlaqə saxlanılır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!