9 Dekabr, 2013
Erməni və türk aktyordan qəribə rekord

Tiflisdə erməni və türk aktyor bir-birinin əlini sıxmaqla dünya rekordu qazanıb

Simsar.az xəbər verir ki, 35 yaşlı türk aktyor Dəniz Barış və 32 yaşlı erməni aktyor Oqanes Adcinyan “The Longest Handshake” aksiyası çərçivəsində iki ölkə arasında dostluğu nümayiş etdirmək üçün bu aksiyaya qatılıb. 43 saat bir-birinin əlini sıxan iki aktyorun aksiyası diqqət çəkib.

Aksiya erməni və türk iş adamlarının birgə təşəbbüsü ilə keçirilib.

Qeyd edək ki, bundan əvvəl rekord Nepalın iki vətəndaşına məxsus olub. Onlar 2011-ci ildə 42 saat 35 dəqiqə bir-birinin əlini sıxaraq rekord qazanmışdılar.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!