9 Dekabr, 2013
Antarktidada soyuq hava rekordu

Bu temperatur dünyada indiyə qədər qeydə alınan ən aşağı temperaturdur

Antarktidada “Fudzi günbəzi” adlı yapon tədqiqat stansiyasının ərazisində - 91.2  dərəcə soyuq qeydə alınıb. Bu temperatur dünyada indiyə qədər qeydə alınan ən aşağı temperaturdur.

Temperatur ölçmələri Amerika milli buz və qarın ölçülməsi mərkəzi tərəfindən aparılıb. Ekspertlər ən aşağı temperaturu dəniz səviyyəsindən 3720 metr hündürlükdə qeydə alıblar.

Xatırladaq ki, bundan öncə qeydə alınmış ən aşağı temperatur “Şərq” adlanan Sovet tədqiqat stansiyası ərazisində olmuşdu. O zaman temperatur mənfi – 89.2 C təşkil edirdi.

Mələk Abbaszadə

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!