9 Dekabr, 2013
Məşhur yazıçı Twitter hesabı açdı

2 saat sonra yazıçınınn bloquna 85 min nəfər üzv oldu

Məşhur amerikalı yazıçı Stiven Kinq Twitter-də hesab açıb. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, @StephenKing adlı akkauntun reallığını Kinqin köməkçisi Marşa Difilippo verdiyi müsahibədə təsdiqləyib.

Qeyd edək ki, Stiven Kinq bundan əvvəl digər sosial şəbəkələrdən daima istifadə edib. Akkaunt yaranandan 2 saat sonra yazıçının bloquna üzv olanların sayı 85.000-i keçib.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!