19 Fevral, 2011
Mahir Şükürov Ermənistan klubuna qarşı oynayacaq

Rusiyanın “Anji” klubu fevralın 20-də Türkmənistanın paytaxtı Aşqabadda start götürəcək Prezident Kubokuna dəvət alıb.

Simsar.az-ın məlumatına görə, sayca 17-ci dəfə keçiriləcək turnirdə Mahaçqala komandasının heyətində Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov da yer alacaq. 35 min dollar mükafat fonduna malik kubok uğrunda 8 klub mübarizə aparacaq. “Anji” A qrupunda Ermənistanın “Qandzasar”, Türkmənistanın “Altın asır” və “Mərv” komandalarına rəqib olub. B qrupunda isə Rusiyanın “Şeksna”, Türmənistanın “Nebitçi”, Tacikistanın “Reqar-TadAZ” və İranın “Əbu-Müslüm” klubları mübarizə aparacaq. 


Hər qrupdan iki komanda yarımfinala yüksələcək. Kubokun sahibi 20 min dollar, finalçı 10 min dollar, bürünc mükafatçı isə 5 min dollar qazanacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!