19 Fevral, 2011
Atəşkəs bir neçə istiqamətdə pozulub

Ermənilər atəşkəsi pozmaqda davam edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-də saat 23.00-dan 23.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqovit və Vozaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 08.15-dən 09.00-dək Tərtər rayonunun Qızıloba və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 17.05-dən 17.15-dək, 19.00-dan 19.05-dək və 22.50-dən 22.55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli, Alıxanlı və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!