19 Fevral, 2011
Tailand Kamboca ilə atəşkəs imzalamaqdan imtina edib

Tailandın baş naziri Apxisit Vetçaçiva bəyan edib ki, hələlik Kamboca ilə atəşkəs imzalamaq imkanını «görmür».

"Davanı biz birinci başlamamışıq. Hələlik hansısa sazişin imzalanması barədə danışmaq tezdir", deyə Vetçaçiva bəyan edib.

Tailand-Kamboca münaqişəsi 9-11-ci əsrlərdə tikilmiş Prea Vixear məbədi və onun ətraf ərazilərinə görə alovlanıb. Bu ərazidə heç vaxt dəqiq sərhəd xətti olmayıb.

1962-ci ildə Beynəlxalq məhkəmə məbədin Kambocanın ərazisində olması barədə qərar çıxarıb, lakin ətraf ərazilərin statusunu müəyyən etməyib.

"Əgər razılaşa bilməsək, biz bu məsələni həll etmək üçün Beynəlxalq məhkəməyə qayıdacağıq" deyə Kambocanın baş naziri Xun Sen bəyan edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!