6 Dekabr, 2013
Tısbağadan zəif olan internet – 80-Cİ İLLƏRİN SÖHBƏTİ

İnternetdən 80-ci illərdə belə danışırdılar

Simsar.az xəbər verir ki, “Vaşinqton Post”un 1988-ci ilə aid məqalələrində cəmiyyətin internet haqqındakı təsəvvürləri haqqında danışlıb.

“Kompüterlərin hər bir işi görə biləcəyini zənn edirlər, ancaq bu düzgün deyil. Kompüterlər, sadəcə, kommunikasiya vasitəsidir”, - 1988-ci il 20 noyabr tarixli məqalədə belə deyilir.

Məqalənin ardında belə yazılıb: “17 ölkədə internet istifadəçiləri bir-biriləri ilə əlaqə qururlar. Bir-birilərinə yemək reseptləri alıb-verirlər. 24 saat bir-biriləri ilə əlaqəli hərəkət edirlər. Qonşunuz sizdən şübhələnməyə başlasa, sizə daha az gəlib-gedər. Bax, insanlar internetə virus səbəbi ilə belə münasibət göstərirlər”.

Qısaca, viruslar 1988-ci ildə böyük problem imiş. Çox təəssüf ki, 25 ildir bu problem həllini tapmır...

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!