6 Dekabr, 2013
Türk serialında rol alan aktyorumuz Simsar.az-a danışdı – EKSKLÜZİV

“Hər tərəfli düşünüb qərar vermişəm”

Türkiyənin TRT telekanalında yayımlanan “Zengin kız ve fakir oğlan” serialına dəvət alan gənc aktyor Nicat Əli rolu və kariyerası haqqında Simsar.az-a eksklüziv açıqlama verib. Aktyor bildirib ki, hazırda İstanbulda çəkiliş meydançasındadır. “Seriala istehsalçısı “Mint Production” şirkəti tərəfindən dəvət edilib və artıq iki bölümə çəkilib”.

Roluna görə, nə qədər qonorar alacağını açıqlamayan aktyor, “təklifi hər tərəfli düşünüb qərar vermişəm”, - deyə sözlərinə əlavə edib. Serialda iştirak etmə müddətinin gələcəkdəki təkliflərə bağlı olduğunu deyən Nicat Əli, ifa edəcəyi rol haqqında da danışıb: “Serialdakı baş rol ifaçısı Biricik xanımın həkimi rolunu oynayacam. 61-ci bölümdə göründüyü kimi, o, axırıncı kursun tibb tələbəsidir. Mənim personajım xarakterik olaraq zarafatcıl birisidir. Biriciyin qohumu Nazlı xanımla qarşılaşıram və biz ilk baxışdan bir-birimizə vuruluruq. Serialın gələcək bölümlərində də bizim münasibətlərimizin inkişafını görəcəyik”.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!