6 Dekabr, 2013
Kökədən ev hazırladılar - FOTO

ABŞ-ın Texas ştatında dünyanın ən böyük pryanikdən evi düzəldilib. Bir mərtəbəli bina ölçüsündə tikilən ev Ginnesin rekordlar kitabına düşüb. Evin uzunluğu 18.2, eni isə 12.8 metr təşkil edir. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, Evin hazırlanmasında 816 kq yağ, 7.200 yumurta, 3.265 kq un və 1.360 kq şəkər işlənib. Evin bəzədilməsində 22.304 konfet işlədilib. Evin enerji dəyəri 36 milyon kalori təşkil edir. Evi görmək üçün ödənilən pullar tibbi travma mərkəzinin hesabına köçürüləcək.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!