19 Fevral, 2011
Londonun Trafalqar meydanında kütləvi dava olub

London polisi Trafalqar meydanında baş verən və üç nəfərin xəsarət almasına səbəb olan kütləvi davanın təfərrüatlarını aydınlaşdırır.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Simsar.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə günün ikinci yarısı paytaxtdakı yerli turistlərin sevimli yerlərindən biri olan Trafalqar meydanında baş verib.

Kütləvi dava barədə daxil olan zəng əsasında hadisə yerinə gələn polis çoxsaylı bıçaq yaraları almış 19 yaşlı cavan oğlanı tapıb. Çox keçmədən daha bir yaralı aşkarlanıb. Üçüncü şəxs isə xəstəxanaya özü müraciət edib.

Agentliyin məlumatına görə, hər üç şəxs xəstəxanadadır. Onların vəziyyəti qənaətbəxşdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!