5 Dekabr, 2013
Xakerlər 2 milyon şifrəni ələ keçirib

Xakerlərin Facebook, Google, Twitter və digər nəhəng elektron xidmət istifadəçilərinin şifrələrini sındırdığı məlum olub

Simsar.az CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın “Trustwave” şirkəti xarkerlərin növbəti qlobal hücumu haqqında xəbər yayıb. Məlumatda 1.58 milyon nəfərin sosial şəbəkələrə giriş adı və şifrəsi, 320 min istifadəçinin isə e-mail şifrələrinin sındırıldığı bildirilib.

Qeyd edək ki, 21 oktyabrda başladığı güman edilən hücumlardan ən çox zərər çəkən Facebook istifadəçiləri olub.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!