5 Dekabr, 2013
Çində əhali qədər mikrobloq var – MARAQLI

Çində mikrobloqların sayının 1,3 milyardı keçdiyi açıqlandı.

Çində informasiya verən ən əhəmiyyətli kanallardan biri mikrobloqlardır. Rəsmi məlumata görə, artıq ölkədə mikrobloqların sayı 1,3 milyardı keçib. Simsar.az xəbər verir ki, Çin Dövlət İnternet İnformasiya İdarəsi, ölkədə mikrobloqların sürətlə yayıldığını, xüsusilə media quruluşlarının "Weibo.com", "T. qq.com" kimi məşhur internet səhifələri vasitəsilə on minlərlə hesabı olduğunu qeyd edib.

Çində son dövrdə sui-istifadələrə qarşı mübarizə və xalqla ünsiyyəti gücləndirmək adına dövlət quruluşlarının da bir çox hesab açdığı bildirilb.

Ölkədə hökumətə aid 170 mindən çox mikrobloq var. Bu mikrobloklar vasitəsilə ölkədə yoxlama və istintaq idarələrinin əhalinin kimlərdən və hansı vəzifəlilərdən narazı olduğu öyrənilir.

Ölkədə xalqa daha yaxın olmaq və şəffaflaşmaq adına məhkəmə orqanları daxil, bir çox quruluşların Çinin twitteri olaraq da bilinən "Sina Weibo" və "WeChat" kimi ictimai şəbəkələrdə hesabları var.

Simsar.az



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!