19 Fevral, 2011
Bakının mərkəzinə bomba qoyulması barədə polisə məlumat daxil olub

Bu gün Bakının Nəsimi rayon Polis İdarəsinə Bülbül prospekti -18 ünvanına bomba qoyulması barədə məlumat daxil olub.

Bu barədə Polis İdarəsindən bildirilib. Məlumat saat 16.53-də qeydə alınıb. Əraziyə idarənin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Lakin içərisinə bomba qoyulduğu ehtimal edilən qutunun boş olduğu məlum olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!