5 Dekabr, 2013
Hobbitin ayaqları hərraca çıxarıldı

Kaliforniyada Con Tolkiyenin romanı əsasında çəkilmiş “Üzüklər hökmdarı” filminin tarixiylə əlaqəsi olan əşyalar hərraca çıxarılıb. Filmdə Semuay Hemci adlı hobbiti oynayan Şon Estinin geyindiyi süni hobbit ayaqları satışa çıxarılıb. Ayaqların çirkli görünməyi üçün onlar xüsusi olaraq rəngləniblər. Həmçinin ayaqların üstündə xüsusi süni tüklər var.

Juliens Auction hərracda satışa çıxarılacaq ayaqların ilkin qiyməti 15-30 min dollar arası hesab edilir. Ayaqlardan başqa satışa Semin qulaqları da çıxarılacaq. Onların ilkin qiyməti 5-8 min dollar təşkil edir.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!