19 Fevral, 2011
Azərbaycanın 5 rayonunun hərbi komissarı tutduğu vəzifədən azad olunub

Azərbaycanın 5 rayonunun hərbi komissarı tutduğu vəzifədən azad olunub.

Hərbi mənbədən verilən məlumata görə, Şirvan, Hacıqabul, İmişli, Kürdəmir və Ağstafa rayon hərbi komissarları tutduğları vəzifədən azad olunublar.

Mənbə həmin şəxslərin korrupsiya ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində işdən azad olunduğunu bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bununla bağlı məlumat almaq mümkün olmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!