5 Dekabr, 2013
Türk hakim siyasi proses zamanı yatdı

Türkiyə məhkəməsində etirazçını öldürən polis haqqında iş başladılmışdı. Məhkəmə prosesində hakimlərdən biri və prokuror şübhəlinin vəkili danışan zaman yatıblar. Simsar.az hurriyet.com-a istinadən xəbər verir ki, həmin hakim və prokuror barəsində araşdırmalar başladılıb.

Xatırladaq ki, 2013-cü ilin iyununda 26 yaşlı etirazçı Etem Sarıtürk polis tərəfindən güllələnib. Kütləvi aksiyalar baş nazir Rəcəb Təyyib Ərdoğanın istefasını tələb edirdi.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!