19 Fevral, 2011
Uşaqların internata düşməsinin qarşısını alan yeni nativ xidmət növü

Fevralın 22-də Abşeron rayonunun Saray internat evində Günərzi Qayğı Mərkəzinin açılış mərasimi keçiriləcək.

Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) ölkədə ilk dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə 7 saylı Saray internat evinin nəzdində 2011-ci ilin yanvar ayından başlayaraq Abşeron rayonunda yaşayan, əlilliyi olan uşaqlar üçün Günərzi Qayğı Mərkəzi layihəsini həyata keçirir. UAFA-dan Milli.Az xəbər portalına daxil olan məlumata görə, dünya təcrübəsində geniş tətbiq edilən Günərzi Qayğı Mərkəzi (GQM) modelini tətbiq etməkdə məqsəd ailəsi ilə birgə yaşayan, əlilliyi olan uşaqlar üçün müəssisədə nativ xidmət növünü təşkil etmək, bu yolla da əlilliyi və xüsusi qayğıya ehtiyacı olan uşaqların müəssisəyə birdəfəlik atılma riskini minimuma endirmək, həmin uşaqların ailədə yaşamasını təmin etməkdir.

Məlumdur ki, əlilliyi olan uşaqların valideynləri uşaqlarının gündəlik qayğısına səfərbər olduqlarından, onlar işləmə imkanından da məhrum olurlar. Bu baxımdan Günərzi Qayğı Mərkəzi həmin ailələrə övladlarının vaxtının səmərəli təşkilinə və valideynlərin əmək fəaliyyətinə cəlb edilməsinə şərait yaradacaq.

Tədbirdə bir sıra dövlət strukturlarının və beynəlxalq təşkilatların rəsmi nümayəndələri də iştirak edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!