18 Fevral, 2011
İordaniyada hökumətin tərəfdarları ilə əleyhdarları arasında toqquşma

İordaniya paytaxtı Əmmanda hökumət əleyhinə etiraz aksiyası keçiilir.

Simsar.az xəbər portalının «Əl-Cəzirə» telekanalına istinadən verdiyi məlumata görə, hökumət tərəfdarlarının nümayişçilərə hücum çəkməsi tərəflər arasında toqquşmaya səbəb olub. Bir sıra digər şəhərlərdə də toqquşmaların getdiyi bildirilir.

Toqquşma nəticəsində yaralananlar var. 8 nəfərin ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!