3 Dekabr, 2013
Oqtay Əsədov: “Dövlət sizin qarşınızda öhdəlik götürüb?”

Spiker Oktay Əsədov Sabir Rüstəmxanlının çıxışına sərt rekasiya verib

Bu gün Milli Məclisin plenar iclasında yanacağın qiymət artımına etiraz edənlərdən biri də millət vəkili Sabir Rüstəmxanlı olub. Millət vəkili qiymət artımından gileylənib. Qeyd edib ki, rayona gedib-gələndə bir təqaüdçünün əmək haqqı qədər benzinə pul verir: “Ayda 3-4 dəfə gedib gəlsəm, bu nə qədər pul edir?! O zaman millət vəkillərinin benzin pulu dövlət tərəfindən ödənilsin, ya da deputat rayonlarla əlaqəni kəssin“. Sabir Rüstəmxanlının bu sözlərinə spiker Oqtay Əsədovdan cavab gecikməyib: “Siz deputat seçiləndə dövlət öhdəlik götürmüşdü ki, millət vəkilinə maşın verəcək, ya sürücü verəcək? Danışanda buna diqqət edin. Ötən dəfə də bu haqda danışılmışdı”.

Elmar Hüseynov

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!