3 Dekabr, 2013
Quam adasında ilanlarla mübarizə - VİDEO

ABŞ-ın Hava Qüvvələri Sakit okeanda yerləşən və ABŞ-a aid olan Quam adasına 2 minə yaxın ölü siçan tullayıb. Simsar.az CNN-ə istinadən xəbər verir ki, içlərində zəhər hopdurulmuş ölü siçanlar olan konteynerlər Quam adasına ilanlarla mübarizə aparmaq üçün atılıb. Sayı artan ilanlar adanın flora və faunasına zərər yetirirlər. Qəhvəyi boyqa (Boiga irregularis) adlandırılan bu ilan növü Quamaya 1950-ci illərdə gətirilib. Bu sürünənlər adada olan 11 növ quşdan 9 növünü artıq məhv ediblər. Həmçinin bu ilanlar balaca uşaqlara da hücum edirlər. İlanlar transformatorların içlərinə girərək adanın enerji sistemində problemlər yaradırlar. Hazırda Quamda 2 milyon qəhvəyi boyqa var. Hesab edilir ki, zəhərli siçanlar ilanların sayını azaldacaq. Həmçinin qeyd edilir ki, siçanlarda olan zəhər digər daha iri heyvanlar üçün ölümcül deyil. Qeyd edək ki, bu cür say azaltma əməliyyatı 2013-cü ilin fevral ayında ABŞ hökuməti tərəfindən təsdiqlənmişdi. Bundan öncə adaya atılan siçanların sayı az idi.

Mələk Abbaszadə

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!