18 Fevral, 2011
Azərbaycan filmləri son beş ildə 90-dan çox kinofestivalda nümayiş olunub

Son beş ildə dövlət sifarişi ilə 23 tammetrajlı film çəkilmiş, bu müddətdə ekranlaşdırılmış qısametrajlı bədii filmlərin sayı isə 20-yə çatmışdır.

Mədəniyyət və Turizm Nazirliyindən bildirmişlər ki, həmin ekran əsərlərinin böyük əksəriyyəti “Bu meydan, bu ekran” kino layihələri müsabiqəsi çərçivəsində çəkilmişdir. Bu müsabiqənin qalibi olan filmlər 28 ölkədə keçirilmiş 46 beynəlxalq kinofestival müsabiqəsində müxtəlif nominasiyalar üzrə mükafatlar qazanmışdır.

Ümumiyyətlə, son 5 ildə filmlərimiz 40-a yaxın ölkədə 90-dan artıq kinofestivalda nümayiş olunmuşdur.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi qaydaları”na uyğun olaraq Filmlərin Dövlət Reyestri yaradılmış və son beş ildə 9 mindən artıq film qeydə alınmışdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!