27 Noyabr, 2013
GTA : San Andreas oyunu mobil vasitələr üçün – VİDEO

“Rockstar” şirkəti Grand Theft Auto : San Andreas oyununun mobil vasitələr üçün versiyasının çıxacağını bildirib. Eurogamer saytının yazdığı məlumata görə oyunun dekabr ayında smartfon və planşetlər üçün versiyası satışda olacaq. Kriminal xarakterli “action” janrında olan oyun Android və İOS sistemlərində və Amazon Kindle planşetlərində işləyəcək.

“Rockstar” bildirib ki, onlar oyunun qrafikasını, səs və idarəetmə sistemlərini daha da yaxşılaşdırıblar.

Qeyd edə ki, bundan öncə “Rockstar” mobil cihazlar üçün GTA, GTA III, GTA:Vice City oyunlarını 2011-2012-ci illərdə təqdim etmişdi.


Mələk Abbaszadə



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!