27 Noyabr, 2013
Twitter istifadəçilərin yaşını yoxlayacaq

Twitter mikrobloq xidməti spirtli içki markalarına qeyddən keçən istifadəçilərin yaşlarını yoxlamağa başlayıb. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, istənilən spirtli içki markasına qeyd olunan istifadəçidən doğum tarixini bildirməsi tələb olunacaq. Tarix yazıldıqdan sonra Twitter istifadəçinin spirtli içki almaq üçün minimal yaş həddinə çatıb-çatmamısını hesablayacaq. Bu prosedurdan sonra Twitter səhifəyə qeyd olunmağa icazə verə bilər. Bud Light, Jim Beam, Heineken və Bacardi şirkətləri Twitter-lə əməkdaşlıq edirlər. Onlar bu tip qadağaya artıq qoşulublar. Brendlər heç bir qanun pozuntusu olmadan öz məhsullarını reklam edə bilərlər.


Mələk Abbaszadə




Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!