18 Fevral, 2011
Azad Rəhimov: Böyük Şor adlanan ərazidə 65 min nəfərlik stadionun layihəsi Parisdə yerləşən “Stad de Frans” stadiona oxşar olacaq
Gənclər və idman naziri Azad Rəhimov

“Böyük Şorda tikiləcək stadionun smeta dəyəri ilkin olaraq 300 milyon dollar razılaşdırılsa da, məndə olan məlumata görə, məbləğ bir qədər də aşağı salınıb”.

Bunu jurnalistlərə açıqlamasında qənclər və idman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, Bakıda beynəlxalq standartlara cavab verən stadionun tikintisi məsələsi gündəmdədir: “İnanıram ki, AFFA tərəfindən bu layihə reallaşacaq və Böyük Şor adlanan ərazidə 65 min nəfərlik stadionun layihəsi Parisdə yerləşən “Stad de Frans” stadiona oxşar olacaq”.

Nazir “Topaz” markası altında fəaliyyətə başlayacaq mərc oyunlarından kənar fəaliyyət göstərən şəxslər barəsində də danışıb: “Bu dövlət nəzarətində olan sistemdir. Ona görə də qanundan kənarda olan və vergidən yayınanlarla mübarizə aparılacaq. Qara bazarda çalışan şəxsləri isə dəvət edirik ki, gəlin “Topaz”da lisenziya alın”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!