18 Fevral, 2011
“Azerfon-Vodafone” yeni rouminq sazişləri imzalamışdır

Simsar.az xəbər verir ki, ötən il “Azerfon-Vodafone” rouminq əhatə dairəsini xeyli genişləndirmiş, “Japan Softbank”, USA AT&T, “Canada Rogers” və s. şirkətlərlə yeni rouminq sazişləri imzalamışdır.

Hazırda müştərilər sərfəli və rahat rouminq təkliflərindən istifadə edərək dünyanın 120-dən çox ölkəsinə səyahət edə bilərlər.

Şirkətin baş icraçı direktoru Yurgen Pitz bildirmişdir ki, “Azerfon-Vodafone” fəaliyyətinin ilk günlərindən Azərbaycanda ən ucuz, rahat və şəffaf rouminq qiymətlərini təqdim etmişdir. Şirkət ölkənin mobil bazarında ilk dəfə 4 zona üçün 4 qiymətə əsaslanan ən sərfəli rouminq tarifləri tətbiq etmişdir. Bu qiymətlər www.azerfon-vodafone.com  internet səhifəsində əks olunmuşdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!